* Krua
l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış
meyitlərin
şahidi
oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər.
* Sandi
Tayms
qəzeti (London), 1 mart 1992-ci
il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
* Faynenşl
Tayms
qəzeti (London), 9 mart 1992-ci
il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər
cəsəd
saymışlar.
* Livanlı
kinooperator
təsdiq
etmişdir
ki, onun ölkəsinin
varlı
daşnak
icması
Qarabağa
silah
və
adam
göndərir.
* Tayms
qəzeti (London), 4 mart 1992-ci
il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
* İzvestiya (Moskva), 4 mart 1992-ci
il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının
sifətinin
yarısı
kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
* Faynenşl
Tayms
qəzeti (London), 14 mart 1992-ci
il: General Polyakov bildirmişdir ki, 366-cı
alayın 103
nəfər
erməni
hərbiçisi
Dağlıq
Qarabağda
qalmışdır.
* Le
Mond
qəzeti (Paris), 14 mart 1992-ci
il: Ağdamda olan xarici
jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar
arasında
skalpları
götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların
təbliğatı
deyil, bu reallıqdır.
* İzvestiya (Moskva), 13 mart 1992-ci
il: Mayor Leonid Kravets: Mən şəxsən
təpədə
yüzə
yaxın
meyit
gördüm. Bir oğlanın
başı
yox
idi. Hər tərəfdə
xüsusi
qəddarlıqla
öldürülmüş
qadın, uşaq, qocalar
görünürdü.
* Valer
aktuel
jurnalı (Paris), 14 mart 1992-ci
il: Bu "müxtar
regionda"
erməni
silahlı
dəstələri
Yaxın
Şərqdən
çıxmışlarla
birlikdə
müasir
texnikaya, o cümlədən
vertolyotlara
malikdirlər. ASALA-nın
Suriya
və
Livanda
hərbi
düşərgələri
və
silah
anbarları
vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
* R.Patrik, İngiltərənin "Fant men
nyus"
teleşirkətinin
jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə
ilə
haqq
qazandırmaq
olmaz.
* Son
illərdə
baş
vermiş
hadisələrlə
əlaqədar
olaraq
Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü
ailəsi, həmçinin Ermənistandan və Xankəndindən
qovulmuş
bəzi
azərbaycanlı
ailələri
şəhərdə
məskunlaşmışdılar.
Sonralar
erməni
tərəfi
etiraf
etmişdir
ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi
Xocalı
platsdarmının
məhv
edilməsi, bu məntəqədən
keçən
Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi
idi.
Memorialın
müşahidəçiləri
şəhərdə
azğın, heç nə
ilə
qarşısı
alınmayan
soyğunçuluğun
şahidi
olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı
yaşayış
məntəqələrinin
əhalisi
tərəfindən
daşınırdı. Çox evlərin
darvazalarında
onların
yeni
sahiblərinin
adları
yazılmışdır.